BIMscanner – BIM skaner

Haqqımızda

Biz AEC sənayesi üçün Qlobal BIM və Rəqəmsal İnşaat Xidmətləri təqdim edirik

Biz artıq bir neçə ildir ki, BIM mühitində layihələndirmə və tikinti ilə məşğuluq. Lakin yüksək keyfiyyətlə və böyük zəhmət hesabına hazırlanmış üçölçülü modellərin tikinti sahəsində effektiv istifadə olunmaması bizi qane etmirdi.

Biz BIM Scanner cihazını yaratdıq və
onun ətrafında proqram təminatı
ekosistemi formalaşdırdıq.

Hədəfimiz:

  • Tikinti podratcilar ilə rəhbərlik arasında
    ünsiyyəti sadələşdirmək
  • Təkrar işlərin və əlavə xərclərin
    Mümkün olduğu qədər aradan
    qaldırılması

“VizBIM” qrupu, Azərbaycandakı rəsmi tərəfdaşı “GlamVirtual” MMC ilə birlikdə, ölkə ərazisində yüksək texnologiyalı BIM skaner cihazlarının rəsmi satış nümayəndəsi olaraq fəaliyyət göstərir.

Biz, tikinti və layihələndirmə sektorunda rəqəmsal transformasiyanı sürətləndirmək üçün ən müasir BİM skaner,  CDE platforması və innovativ BIM həllərini sizə təqdim edirik.

VizBIM-BIMscanner-Baku-Azerbaijan-Baki

Süni intellekt və Mixed Reallıq Texnologiyasından istifadə edən ən müasir cihaz

Dəqiq xəritə çıxarmaq və yeri müəyyən etmək üçün SLAM texnologiyasından və öz xüsusi alqoritmlərimizdən istifadə etdik.
Dəqiq yerləşdirmə : Cihaz dəqiq koordinatlardan istifadə edərək ətraf mühitə inteqrasiya olunur
Aydın və istifadəçi dostu : Cihaz yerində əməliyyatlar üçün çox əlverişlidir.
Team work: BIM skaneri quraşdırma, tikintinin planlaşdırılması və işlərin gedişatına nəzarət prosesini maksimum dərəcədə asanlaşdırır.
Təhlükəsizlik: Cihazın işləməsi tikinti sahəsinin təhlükəsizlik tələblərini qarşılayır, görmə qabiliyyətinizə mane olmur

İstifadə:

BIM nəzarəti (İlkin yoxlama)

ikinti elementləri və Mühəndis-kommunikasiya və şəbəkələrinin (borular, kabellər və s.) quraşdırılmazdan əvvəl nasazlıqları və toqquşmaları aşkar edir. Problemlər 3D modelə bağlanaraq dərhal ofisə göndərilir ki, mühəndislər lazımi texniki həlli tapsınlar.

Quraşdırma keyfiyyətinə operativ nəzarət:

Quraşdırma zamanı baş verən səhvləri vaxtında aşkar edir və onları elə lap başlanğıcda aradan qaldırmağa kömək edir.

Tikinti həcmlərinin qəbulu

Sahədən yüksək dəqiqliklə məlumatlar gətirərək, görülən işlərin real həcminin BIM modelinə uyğun qəbul edilməsini təmin edir.

Məsafədən BIM yoxlanışı:

Sahədən məlumatın alınma sürətini artırır, keyfiyyətini yaxşılaşdırır və resurslara (vaxta, büdcəyə) qənaət edir.

As-built (Faktiki) Modelin yenilənməsi

Bu iş əvvəllər çox vaxt aparırdı və ya ümumiyyətlə edilmirdi. İndi isə bunu etmək tamamilə asanlaşıb. Tikinti bitdikdən sonra real, yenilənmiş model obyektin gələcək təmiri və idarə olunması (Maintenance) üçün təhvil verilir.

BİM skanerdən necə istifadə edə bilərsiniz

Mühəndis BIM skanerlə tikinti sahəsinə gedir və rəqəmsal modeli real ərazi ilə üst-üstə qoyur. Beləcə, kordinatda olan model-ilə, mövcud tikililərə və hündürlük səviyyələrinə uyğun olub-olmadığı yoxlanılır.

Vahid məlumat platformasın necə istifadə edə bilərsiniz

Yoxlama bitən kimi bütün məlumatlar sistemə (CDE) yüklənir. Siz platformaya daxil olaraq qeydlərə baxmaq, tapşırıqları kimin edəcəyini seçmək və işin gedişatını izləyə bilərsiniz. Hər şey bir yerdə toplandığı üçün komanda tikinti sahəsinə getmədən işin vəziyyətini rahatca görə bilir.

Sistem Nə Edir?

  • Səhvləri tapır: Bütün uyğunsuzluqları dərhal göstərir.

  • Müqayisə edir: Kağız üzərindəki layihə ilə real vəziyyəti üzləşdirir.

  • İdarəetməni asanlaşdırır: Sahədə qeydlər götürməyə və tapşırıqlar təyin etməyə imkan verir.

 

Ən böyük üstünlüyü: Tikintidə yığılan bütün məlumatlar itkisiz və anında ofisə ötürülür.

BİM Proqramları ilə Tam İnteqrasiya

Layihənizi hansı proqramda hazırlamağınızdan asılı olmadan BİM skanerdən istifadə edə bilərsiniz. Revit, Tekla, Archicad və digər aparıcı BİM proqramlarından modellərinizi universal IFC formatında birbaşa cihaza yükləyin və tikinti sahəsində dərhal istifadə etməyə başlayın. Heç bir məlumat itkisi olmadan, rəqəmsal layihədən real tikintiyə sürətli keçid edin!

cihazın və sistemin tikinti sahəsindəki praktiki istifadə ssenarilərı:

Avadanlıqların yoxlanması. Avadanlıqlar quraşdırılmamışdan əvvəl onların ölçüləri və harada duracağı 3D modelə uyğun yoxlanılır. Beləcə, qabaqcadan səhvlərin qarşısı alınır.

Layihənin yeni versiyası tikinti sahəsindəki real vəziyyətlə müqayisə edilir və dəyişikliklərin yerində necə görünəcəyi dərhal yoxlanılır.

Sistemdə (CDE) ən son BIM modelini asanlıqla görə bilərsiniz. Heç bir mürəkkəb proqram olmadan qeydlərə və işin vəziyyətinə baxmaq olur. Ofisdə oturanlar tikintidə nə baş verdiyini canlı olaraq izləyə bilirlər.

 

Faktiki (As-Built) modelin yoxlanması.
Tikilmiş yer skan olunur və ilkin layihə ilə müqayisə edilir. Beləliklə, binanın tam dəqiq və real modeli əldə edilir.

Sistem telefonda da rahat açılır. Tikinti meydançasında, yolda və ya iclasda olarkən modellərə və tapşırıqlara birbaşa telefondan baxa bilərsiniz. Məlumatlar dərhal yeniləndiyi üçün hər zaman ən son vəziyyəti görürsünüz.

İşlərin təhvil-təslimi. İş təhvil verilməmişdən qabaq onun layihəyə uyğunluğu yoxlanılır və bütün yoxlama siyahıları (checklist) kağızsız, birbaşa rəqəmsal olaraq doldurulur.

Bizimlə Əlaqə və Sifariş

Cihazların texniki göstəriciləri, qiymət təklifləri və layihənizə uyğun inteqrasiya imkanları barədə ətraflı məlumat almaq üçün formanı doldura bilərsiniz. Hər hansı bir sualınız yaranarsa, bizə müraciət etməkdən çəkinməyin. 

Demo sorğusu
Scroll to Top