BIM Modelləşdirmənin Mərhələləri: LOD 100-dən LOD 500-ə qədər
Müasir tikinti sektorunda Building Information Modeling (BIM) metodologiyasının rolu günbəgün artır. BIM modelləşdirmə prosesi obyektin təsviri, idarəedilməsi və istismara verilməsi üçün vacibdir. Bu prosesi daha dəqiq və sistemli idarə etmək üçün “Level of Development” (LOD) anlayışı yaradılmışdır.
LOD, modelin hansı detallılıq səviyyəsinə malik olduğunu göstərən bir meyardır. Obyektin ilkin konsepsiyasından başlayaraq, tam istifadəyə verilənə qədər olan bu mərhələlər LOD 100-dən LOD 500-ə kimi tənzimlənir.
LOD 100: Konseptual Modelləşdirmə
Bu səviyyədə model sadəcə ümumi həcmi və formaları özündə ehtiva edir. Ətraflı detallar yoxdur və obyekt sadə həcmlərlə təsvir edilir. Bu mərhələ konsept dizayn üçün istifadə edilir.
LOD 200: Sxematik Modelləşdirmə – Eskiz Layihə
LOD 200-də obyektin həcmi daha dəqiq olur, ancaq hələ dəqiqləşdirilməmiş detallar çoxdur. Material, funksional özəlliklər və texniki parametrlər hələ tam mùəyyən edilməyib.
LOD 300: Dəqiqləşdirilmiş Modelləşdirmə – İşçi Layihə
Bu səviyyədə model artıq konstruktiv detal səviyyəsinə malik olur. Burada obyektin dəqiq formaları, mühəndislik xüsusiyyətləri və materiallar daxil edilir. Bu model tikinti sənədləri və layihələrin hazırlanması üçün istifadə olunur.
LOD 350: Koordinasiyalı Modelləşdirmə
LOD 350 mərhələsində tikinti elementlərinin bir-biri ilə əlaqələri daha dəqiq təyin edilir. Məsələn, qapı-pəncərə yerləri, elektrik naqilləri və sənaye avadanlıqlarının yerləri modeli məlum olur.
LOD 400: Tikinti Üzrə Modelləşdirmə
Bu səviyyədə obyektin tikinti prosesində istifadə ediləcək bütün detallar daxil edilir. Buraya material spesifikasiyaları, istehsal informasiyaları və montaj metodları da daxildir.
LOD 500: Ekspluatasiya Modelləşdirməsi
Bu, istismar ünvanlı BIM modelidir. Bu model real obyektə tam uyğun gələn, onun bütün texniki detallara malik versiyasıdır. Binanın idarə olunması, istismara verilməsi və bərabər proseslər bu model üzərində aparılır.
Nəticə
BIM modelləşdirmənin LOD səviyyələri layihə prosesini daha sistemli, dəqiq və effektiv idarə etməyə imkan yaradan vacib bir yanaşmadır. Hər bir səviyyə tikinti prosesinin müvafiq mərhələsinə uyğun işlənilir və layihənin keyfiyyətinin artmasını təmin edir. BIM istifadəsi artdıqca, bu yanaşmanın tikinti sahəsində rolu daha da güclənəcək.